Azərbaycanda gələn il orta maaşın 1 080 manata çatacağı proqnozlaşdırılır
2025-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1 080 manata çatacağı proqnozlaşdırılır.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama"ya istinadən xəbər verir.
Məlumata görə, ölkədə orta maaş 2026-cı ildə 1 156 manata, 2027-ci ildə 1 238 manata, 2028-ci ildə isə 1 326 manata çatacaq.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 % artaraq 1 002 manat təşkil edib.
Oxşar xəbərlər
Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb
Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 10 ailənin (44 nəfər) qayıdış...