Azərbaycanda faktiki hava açıqlanıb

Azərbaycanda faktiki hava açıqlanıb
Sosial 69

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, yanvarın 4-ü saat 13:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Quba, Qusarda 5.0 mm, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2.0 mm, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Qrızda 12 sm, Ağdərədə (Ordubad) 8 sm, Xaltanda 7 sm, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3 sm, Şahbuzda 2 sm, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Mingəçevirdə 28 m/s, Şəkidə 25 m/s, Daşkəsən, Qobustanda 20 m/s, Şamaxıda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 4°-dək isti, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta, Naxçıvan MR-da 4-10° şaxta olub.

Qeyd: Ölkə ərazisində 05-i gün ərzində, 06-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda bu rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda bu rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Dekabrın 1-i saat 14:30-a olan məlumata əsasən, bəzi yerlərdə yağış yağıb, dağlıq ərazilərdə qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidromet...

2145 Sosial 15:24 02 dekabr 2021

Son xəbərlər