Azərbaycanda evində özünə toy edən şəxs cəzalandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə toy mərasimi keçirilməsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayon sakini İbrahim Məmmədovun yaşadığı Mollalı kəndindəki fərdi yaşayış evində özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.
Polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğunu aşkar ediblər. Onlara qaydalar izah olunub və mərasimi təşkil edənlər barəsində qanunamüvafiq tədbir görülüb.
Oxşar xəbərlər
Polis Gədəbəydə toy keçirilməsinin qarşısını aldı - FOTO
Gədəbəydə toy mərasimin keçirilməsinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən...