Azərbaycanda ən çox maaş kimlər alır? - SON SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 15,0 faiz artaraq 5379,2 milyon manat və ya hər nəfərə orta hesabla 531,0 manat olub.
Bu barədə BAKU.WS-ə Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Rəsmi rəqəmlərə əsasən, əhalinin sərəncamında qalan gəlirləri 4749,9 milyon manat təşkil edib.
2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3415,3 manat, qeyri neft-qaz sektorunda 790,2 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 794,9 manat, özəl müəssisələrdə isə 889,0 manat olub.
2022-ci ildə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)
Qeyd edək ki, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...