Azərbaycanda ən çox bu sosial şəbəkədən istifadə olunur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İyul ayının əvvəllərində "Meta" şirkəti tvitterin analoqu hesab edilən "Threads" şəbəkəsini istifadəyə verdi. Sosial şəbəkə o qədər maraqla qarşılandı ki, ilk 7 saat ərzində 10 milyon istifadəçi topladı.
BAKU.WS xəbər verir ki, amma "Threads"in ulduzunun parlamağı ilə sönməyi bir oldu. Son həftələr sosial şəbəkənin istifadəçilərinin sayında ciddi azalma müşahidə edilir.
İKT üzrə ekspert Samir Mehdiyev aztv-yə bildirib ki, geriləmənin səbəbi şəbəkədə istifadəçilərə çox funksiya verilməməsidir. Verilən funksiyalar isə digər platformalarda olduğu üçün o qədər də cəlbedici görsənməyib.
Azərbaycanda sosial şəbəkə istifadəçiləri əsasən votsap, fysbuk və instaqramdan istifadə edirlər. Bunların içində ən çox istifadə ediləni məhz instagram şəbəkəsidir.
Oxşar xəbərlər
Yeni sosial şəbəkə "Threads" istifadəyə verildi
ABŞ-nin "Meta" şirkəti "Twitter" sosial şəbəkəsinin analoqu hesab edilə biləcək "Threads" tətbiqini istifadəyə verib. BAKU.WS xarici mətbuata isinadən xəbər ver...