Azərbaycanda elektron siqaretlərin satışına görə 5000 manat CƏRİMƏLƏNƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşir.
BAKU.WS xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılam sənədə əlavə edilən yeni maddəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun qəbul edildiyi təqdirdə, aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...