Azərbaycanda əhalinin neçə faizinə ikinci doza vaksin vurulub?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda doqquz ay ərzində artıq əhalinin 53,2 faizi ikinci doza vaksin alıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsi tərəfindən ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə bağlı mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı keçirilən dinləmələr zamanı səsləndirib.
Onun sözlərinə görə, Bakı şəhərində bu göstərici daha yüksəkdir - 66,2 faiz.
V.Qasımov bildirib ki, təkcə sentyabr ayı ərzində 1,7 milyon doza vaksin istifadə olunub və bu orta hesabla gündə 60 min peyvənd deməkdir.
Qeyd edək ki, Azərbaycanda 2021-ci il yanvarın 18-dən vaksinasiya prosesi başlayıb.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...