Azərbaycanda əhalini sevindirəcək YENİ LAYİHƏ - 16 rayonda...
Azərbaycanda "Sağlam məhəllə" layihəsinin növbəti mərhələsinə start verilib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihə 16 rayonu əhatə edir və açıq hava üçün nəzərdə tutulmuş müasir meydançaların tikintisini, həmçinin onların lazımi avadanlıqlarla təmin edilməsini nəzərdə tutur.
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən icra olunacaq proqramın ümumi dəyəri 1 milyon 474 min AZN təşkil edir.
Görüləcək işlər çərçivəsində hər bir rayonda açıq hava şəraitində idman fəaliyyəti üçün ideal mühit yaradılacaq. Bu məqsədlə meydançalar uşaqlar və gənclər üçün trenajor avadanlıqları, tennis stolu, şahmat masası kimi elementlərlə təchiz ediləcək.
Məqsəd regionlarda sağlam həyat tərzinin təbliği, gənclərin və uşaqların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda məhəllə infrastrukturunun yenilənməsidir.
Oxşar xəbərlər
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sentyabrın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu və Xətai rayonlarında qaz təchizatında qısamüddə...