Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayır

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən Fidan Əliyevanın məhkəməsi başlayır.
BAKU.WS report-a istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası bu gün baş tutacaq.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi gözlənilir.
F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Lakin ona verilən ittihamın mahiyyəti açıqlanmayıb.
Onun barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Vəkil keçmiş MTN generalının oğluna vurduğu yarım milyon manatlıq ziyanı ödəyib
Həbsdə olan ləğv edilmiş MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı 510 min manatlıq dələduzluqda təqsirləndirilən tanınmış vəkil Elçin Qəmbərovun cinayət i...
