Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Sosial 213

İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.

Bu barədə BAKU.WS-ə Zaqatala rayon prokurorluğundan bildirilib.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Təqsirləndirilən şəxs qismində Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Hazırda həbs həyatı yaşayan keçmiş icra başçıları - SİYAHI

Hazırda həbs həyatı yaşayan keçmiş icra başçıları - SİYAHI

Ötən gün İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə V. Hacıyev 12 il azadlıqdan məh...

1453 Sosial 11:11 26 iyul 2022

Son xəbərlər