Azərbaycanda daha bir BOKT yaradılıb
Dövlət Vergi Xidməti cari ilin yanvarın ayının 22-də bank olmayan kredit təşkilatı (BOKT) "Fintechcredit" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alıb.
BAKU.WS bu barədə Dövlət Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, şirkətin qanuni təmsilçisi Bilallı Bilal Hilal oğludur.
Nizamnamə kapitalı 1 milyon manat olan BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev. 183 m.6-dir.
Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən yanvarın 27-də "Forfinance" BOKT, fevralın 24-də "Aventus Azerbaijan" BOKT dövlət qeydiyyatına alınıb.
Oxşar xəbərlər
Gələcəyi daha çox düşünən bürclər hansılardır?
Bəzi bürclər astroloji yanaşmalara görə gələcəyi planlaşdırmağa, qarşıdakı hadisələri əvvəlcədən düşünməyə və uzunmüddətli hədəflər müəyyənləşdirməyə daha çox...