Azərbaycanda daha 865 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2 044 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 787 367 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 9 454 nəfər vəfat edib. 8 167 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 487, bu günə qədər isə ümumilikdə 6 572 316 test icra olunub.

Oxşar xəbərlər
Azərbaycanda daha 7 779 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 6 315 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...
