Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu
Azərbaycan Respublikasında 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, koronavirus infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalmış, 7 nəfər vəfat etmiş, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılmışdır.
Oxşar xəbərlər
Azərbaycanda 43 yeni koronavirus xəstəsi qeydə alınıb
Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan...