Azərbaycanda daha 4129 nəfər koronavirusa yoluxub, 20 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib. 30 954 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 740, bu günə qədər isə ümumilikdə 4 252 882 test icra olunub.

Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...
