Azərbaycanda daha 4 212 nəfər koronavirusa yoluxub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 18 420, hazırkı dövrədək isə 1 700 654 test aparılıb.
Azərbaycanda indiyədək ümumilikdə 114 025 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib, aktiv xəstə sayı 41 011 nəfərdir.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada 3469 nəfər koronavirusa yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BAKU...