Noyabr ayında məktəblər bağlanacaq? - RƏSMİ
09
iyl
2024
12:54
Noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbirləri zamanı ölkədə fəaliyyət göstərən məktəblərin işində fasilə yaranması ilə bağlı hazırda hər hansı bir qərar yoxdur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bununla bağlı hər hansı qərar qəbul edilsə, əvvəlcədən ictimaiyyətə açıqlanacaq.
O.Abbasov qeyd edib ki, bu gün üçün diqqət edilən əsas məqam sentyabrın 15-də yeni tədris ilinin başlanmasına hazırlaşmaqdır.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...