Azərbaycanda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Tədbirlər çərçivəsində Agentliyin müfəttişləri Şəki şəhəri, B.Vahabzadə küçəsində fəaliyyət göstərən və fiziki şəxs Samir Lətif oğlu Abdurahmanova məxsus çörək sexində plandankənar yoxlama aparıb.
Yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, o cümlədən çirklənməyə qarşı müdafiənin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün münasib şəraitin yaradılmadığı müəyyən olunub. Eyni zamanda, müəssisədə işçi heyətin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otağı ilə təmin olunmadığı aşkarlanıb.
Çörək sexində istifadə edilən alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi və qida məhsullarının xüsusiyyətlərinə uyğun olaraq, temperaturu müəyyən edən cihazın quraşdırılmadığı aşkarlanıb. Obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub. Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...