Azərbaycanda bu su anbarı əsaslı təmir olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Astara rayonunun ərazisində yerləşən Ləvain su anbarında əsaslı təmir işləri aparılacaq.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, əsaslı təmir işləri su anbarında baş verən sızmaların qarşısının alınması məqsədilə həyata keçiriləcək.
Qurum artıq sözügedən işləri icra edəcək şirkət axtarışındadır və bunun müqabilində 200 min manat ödəməyə də hazırdır.
Qeyd edək ki, Ləvain su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1967-ci ildə istismara verilib. Su anbarı 3 mənbədən - Ləvain, Sixaru və Digədi çaylarından qidalanır.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...