Azərbaycanda bu şəxslərə də təqaüd veriləcək - Prezident qanuna dəyişiklik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.
Dəyişikliyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək. Həmin şəxslərə peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.
Bundan başqa, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Milli Məclisin dekabrın 14-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxildi...