Azərbaycanda bu şəxslər 12 il həbs ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda narkotik vasitələri və psixotrop maddələri internet informasiya ehtiyatlarından istifadə etməklə satanlar cinayət məsuliyyətinə cəlb ediləcək.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...