Azərbaycanda bu şəxslərə 1000 manat veriləcək? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Sosial şəbəkədə guya "1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi" barədə paylaşılan videoməlumat yalandır".
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
"Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın", - məlumatda qeyd olunub.
Qeyd edək ki, məsələ ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...