Azərbaycanda bu şəxslər işləməsələr də 6 ay maaş alacaqlar

Azərbaycanda bu şəxslər işləməsələr də 6 ay maaş alacaqlar
Açıqlama
Sosial 559

Əmək Məcəlləsinə yeni dəyişikliklər müzakirə olunur. Artıq dəyişiklər Milli Məclisə təqdim olunub və Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub. 

BAKU.WS-in məlumatına görə, yaxın zamanlarda bu dəyişikliklər qanunvericilikdə öz əksini tapacaq. 

Yeni dəyişiklərə əsasən, tibb işçiləri sertifikasiyada iştirak edən zaman, xüsusən də birinci imtahanda uğur qazanmazlarsa, onların əmək müqavilələrinə xitam verilməyəcək. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, dəyişikliklər imkan verəcək ki, sertifikasiya imtahanlarının birinci mərhələsində uğur qazana bilməyən vətəndaşlar işləməkdə və ya əmək haqqı almaqda davam etsinlər:

"Onların əmək müqavilələrinə xitam verilməyəcək. Amma onlar işlərinə davam etməyəcəklər. Praktik olaraq bu o anlama gəlir ki, altı ay müddətində imtahandan keçə bilməyən vətəndaşlarımız işləməsələr də belə vəzifə maaşlarını alacaqlar.

Bu imkan verəcək ki, sertifikasiya imtahanının birinci imtahandan uğur qazana bilməyən və birinci imtahanı keçə bilməyən vətəndaşlar əmək müqavilələrini saxlaya bilsinlər. Onların əmək müqavilələrinə xitam verilmədiyi üçün əmək müqaviləsi olan muzdlu işçi hesab olunacaq. Amma altı ay müddətində imkan yaradılacaq ki, onlar ikinci imtahana hazırlaşsınlar. İkinci imtahana hazırlaşmaları üçün də sosial təminatının qorunub saxlanılması üçün onların əmək haqları qorunub saxlanacaq.

Yəni praktik olaraq bu imkan verəcək ki, tibb sahəsində birinci sertifikasiya imtahanında uğur qazana bilməyən vətəndaşlarımız əmək haqqı almaqda davam etsinlər. Müddət təbii ki, altı aydır və məqsəd həmin vətəndaşların sosial təminatının, sosial müdafiəsinin qorunub saxlanmasıdır. 

Çünki birinci imtahandan keçə bilməyən vətəndaşlar ikinci imtahana hazırlaşmalıdırlar və onlar işsiz qaldıqları halda üçün müəyyən sosial çətinliklə üzləşə bilərdi. Bu, sosial ədalət baxımından vacib bir dəyişiklikdir.

Eyni zamanda, bu stimul yaradacaq ki, həmin vətəndaşlar altı ay müddətində ikinci imtahana hazırlaşsınlar və ikinci imtahandan uğur qazana bilsinlər. Məqsəd təbii ki, altı aylıq müddətdə həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə onların sertifikasiyası ikinci imtahanında uğur qazanmasına nail olmaqdan ibarətdir. Bu baxımdan dəyişikliklər pozitivdir və birmənalı şəkildə vətəndaşların sosial müdafiəsinin qorunmasına xidmət edəcək".

Orxan Hüseyn

Son xəbərlər