Azərbaycanda bu nazirlik yeni PUA-lar ALACAQ

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi "İqlim stansiyaları, torpaq nəmlik sensorları, peşəkar PUA və əlavə avadanlıqların satın alınması" ilə bağlı müsabiqə elan edib.
BAKU.WS-in məlumatına görə, müsabiqənin ümumi dəyəri 757 min 953 manat təşkil edir.
Bu avadanlıqlar kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə imkan yaradacaq.
İqlim stansiyaları bölgələrdə havanın temperaturu, rütubəti, külək sürəti və yağıntı miqdarı barədə dəqiq məlumat toplayacaq, fermerlərə məhsulun suvarılması və qorunması ilə bağlı düzgün qərarlar verməyə kömək edəcək. Torpaq nəmlik sensorları sahələrdə torpağın rütubət səviyyəsini ölçərək, suvarmanın daha səmərəli aparılmasına şərait yaradacaq. Bu da həm suya qənaət, həm də məhsuldarlığın artması deməkdir.
Peşəkar PUA-lar (dronlar) əkin sahələrinin havadan monitorinqinə, xəstəlik və zərərvericilərin vaxtında aşkarlanmasına, həmçinin geniş ərazilərin operativ müşahidəsinə imkan verəcək.
Oxşar xəbərlər
Qazdan istifadə edənlərə PİS XƏBƏR - Sabah...
"I Zabrat" QPS-də tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ.P.Dadaşov küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sı...
