Azərbaycanda bu körpü bağlanır - Yenidən qurulacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunda Girdəni çay üzərindəki körpü sentyabrın 20-i saat 09:00-dan etibarən tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq.
Bu barədə BAKU.WS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Bildirilib ki, tikinti işləri mövcud Ələt–Astara–İran İslam Respublikası dövlət sərhədi (M3) avtomobil yolu üzərində iki körpünün yenidən qurulması layihəsi çərçivəsində aparılacaq. Girdəni çayı üzərindəki körpü M3 avtomobil yolunun 197-ci kilometrində yerləşir.
Bildirilib ki, bu səbəbdən sürücülərdən və vətəndaşlardan xahiş olunur ki, hərəkətlərini təmin etmək üçün alternativ yol istiqamətindən – Lənkəran şəhəri Heydər Əliyev prospektindən istifadə etsinlər.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...