Azərbaycanda bu il qeydə alınan zəlzələlərin sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib.
BAKU.WS xəbər verir ki, ETŞ-nin iclasında çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli gündəlikdə duran əsas məsələlər haqqında danışıb. İclasda RSXM-nin müvafiq şöbələrinin 2022-ci ilin birinci yarısında apardığı elmi araşdırmalar və tədqiqatların nəticələri, eləcə də mərkəz tərəfindən görülən işlərlə bağlı hesabatlar təqdim olunub.
“Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova çıxışında bildirib ki, 2022-ci ilin birinci yarısında 42 rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb. Bu ilin altı ayı ərzində Büro tərəfindən 5747 yeraltı təkan qeydə alınıb. Onlardan 1802-si yerli (Azərbaycan ərazisi), 1617-si regional və 1627-si isə uzaq zəlzələlərdir. Həmçinin bu ilin altı ayı ərzində 701 partlayış qeydə alınıb.
Qeyd edək ki, 2022-ci ilin birinci yarımilliyində Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 20 zəlzələ qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 7 hiss olunan zəlzələ qeydə alınıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...