Azərbaycanda bir halda karantin rejimi sərtləşdirilə bilər - Operativ Qərargah açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda kritik vəziyyət yaranarsa, karantin qaydaları yenidən sərtləşdirilə bilər.
BAKU.WS bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda vəziyyət idarə olunandır: "Bu gün bizim tibbi ləvazimatımız və hazırlığımız vəziyyəti idarə etməyə imkan verir. Xaricdən gələn vətəndaşların 20 faizində yoluxmalar aşkarlanır. Ukraynadan gələn 129 nəfərdən 29 nəfərdə nəticələr pozitiv olub. Bu, indiki vəziyyətdə idarə olunandır. Əgər vəziyyət kritik olarsa, karantin qaydalarında sərtləşmə ola bilər".
Oxşar xəbərlər
Operativ Qərargah - Xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər
"Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ope...