Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 2400-ü ötdü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 440 yeni yoluxma faktı qeydə alınıb, 2 016 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
Ölkədə ümumilikdə 542 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 503 524 nəfər müalicə olunaraq sağalıb, 7 208 nəfər vəfat edib, aktiv xəstə sayı 31 418 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 794, ötən müddət ərzində isə ümumilikdə 5 256 832 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı artdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 256 yeni yoluxma faktı qeydə alınıb, 2 208 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...