Azərbaycanda bəzi bölgələr işıqsız qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın bölgələrində axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Gəncə şəhərində, Samux, Tovuz və digər rayonların bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
BAKU.WS report-a iatinadən xəbər verir ki, hazırda güclü külək Gəncə şəhərinin bəzi hissələrini, Samux rayonunun Qarayeri qəsəbəsini və Tovuz rayonunun bir neçə kəndini işıqsız qoyub.
Belə ki, elektrik dirəyinin aşması nəticəsində Tovuzun Şamlıq ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda aidiyyəti qurum tərəfindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, bölgədə küləkli hava şəraiti davam edir.
Oxşar xəbərlər
Goranboyun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib - YENİLƏNİB
“Mövcud hava şəraiti ilə bağlı Goranboyun adıçəkilən yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib”. Bu barədə BAKU.WS-ə “Azərişıq” ASC-dən b...