Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ay ərzində Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsulları məlum olub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan yağının, limonun, qarpızın, kələmin, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, kartofun, soğanın, şəkər tozunun, vaflinin, şokolad və təbii şokolad məmulatlarının, çayın, kola içkisinin, limonadın, arağın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, almanın, armudun, şaftalının, gavalının, yemişin, üzümün, bibərin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxşar xəbərlər
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Azərbaycanda ötən il bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. BAKU.WS trend-ə istinadən xəbər verir ki, cari ilin yanvar ayında əvvəlki aya nisbət...