Azərbaycanda alim koronavirusdan vəfat etdi

Azərbaycanda alim koronavirusdan vəfat etdi
Sosial 304

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi Arif Məhərrəmov koronavirusdan vəfat edib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, A.Məhərrəmov ötən gün dəfn olunub.

Arif Məhərrəmov 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini, Moskvada SSSR-i EA-nın Kimyəvi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Fizika-Riyaziyyat elmləri doktoru, professordur.

2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Alim 400-dən artıq elmi işin müəllifidir. Onlardan 200-ü xaricdə çap olunub. 15 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi altında 11 elmlər namizədi müdafiə edib. 2 doktorluq dissertasiyasının məsləhətçisidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər