Azərbaycanda 84 ilin avtomobili görənləri heyran edir – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Çöl görünüşü əla vəziyyətdə, salonu da səliqəli, mühərriki isə saat kimi işləyir... Görənləri heyran edən bu avtomobil, nə az nə çox, düz 1938-ci ilin istehsalıdır.
BAKU.WS "Xezerxeber.az"a istinadən xəbər verir ki, avtomobili göz bəbəyi kimi qoruyub saxlayan Teymur Məmmədov deyir ki, retro avtomobil 1970-ci ildən Sumqayıtdadır. Ona isə bu maşını yaxını hədiyyə edib.
Sahibi deyir ki, bu avtomobili adətən klip çəkilişlərində və toylarda gəlin gətirmək üçün istifadə edirlər. "Mercedes" markalı bu retro avtomobil 2,4 litr həcmli mühərrikə sahib olmaqla, 85 at gücünə malikdir.
Əslən Qubadlı rayonundan olan Teymur Məmmədovun bu retro avtomobillə bağlı arzuları da var.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...