Azərbaycanda 700 bal toplayan iki gənc evləndi - FOTO
Bakıda müxtəlif illərdə 700 bal toplayan 2 məzunun toy mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, Ucal Ağammədovla Nərmin Məmmədli ailə həyatı qurub.
Bu haqda məlumatı Azərbaycan Universitetləri səhifəsi yayıb.
Bildirilib ki, U.Ağammədov 2009-cu ildə qəbul imtahanından 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, Nərmin Məmmədli isə 2013-cü ildə 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olub.
Hər iki gənc bakalavr dərəcəsi aldıqdan sonra xaricdə təhsil almağa başlayıb. Hazırda Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdirirlər.
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehrib...