Azərbaycanda 61 məktəb distant təhsilə keçib

Azərbaycanda 61 məktəb distant təhsilə keçib
Sosial 130

Tədris ili müddətində Gigiyena və Epidemiologiya mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

BAKU.WS-in məlumatına görə, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb.

Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər