Azərbaycanda 4 gün iş yoxdur - Xüsusi karantin planı hazırlanır

Azərbaycanda 4 gün iş yoxdur - Xüsusi karantin planı hazırlanır
Sosial 21798

Qurban Bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.

BAKU.WS xəbər verir ki, Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bildirib ki, Qurban bayramı ilə bağlı müvafiq tədbir planı hazırlanır.

Onun sözlərinə görə, bu bayram digərlərindən fərqli olacaq. Ona görə də xüsusi tədbir planı hazırlanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

2020-ci ilin qeyri-iş günləri açıqlandı - TƏQVİM

2020-ci ilin qeyri-iş günləri açıqlandı - TƏQVİM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. ƏƏSM...

4963 Sosial 15:52 17 dekabr 2019

Son xəbərlər