Azərbaycanda 30 nəfər koronavirusa yoluxdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasında 30 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, 56 nəfər sağalaraq evə buraxılıb, 2 nəfər isə vəfat edib.
Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub.
Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Oxşar xəbərlər
Azərbaycanda daha 67 nəfərdə koronavirusa yoluxma qeydə alındı, 1 nəfər öldü
Azərbaycan Respublikasında 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 41 nəfər müalicə nəticəsində sağalaraq e...