Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan öldü
06
iyl
2020
10:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.
Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.
Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...