Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyi ölkədə koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülən şəxslərin sayını açıqlayıb.
BAKU.WS xəbər verir ki, nazirlikdən “report”a verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.
Hazırda 186 nəfərin müalicəsi davam edir.
Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 419-dan çoxdur.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...