Azərbaycanda 18 208 manat pensiya alanlar var

Azərbaycanda 18 208 manat pensiya alanlar var
Sosial 2946

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli Azərbaycanın pensiya sistemini rəqəmlərlə izah edib.

BAKU.WS-in məlumatına görə, müşavir bildirib ki, üç halda - şəxs pensiya yaşına çatdıqda, əmək qabiliyyətini itirdikdə, vəfat etdikdə - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya təyin olunur:

Onun sözlərinə görə, Azərbaycanda pensiyaçıların sayı 1 280 000 nəfərdir. Bu da ölkə əhalisinin 13%-ni təşkil edir.

Pensiyaçıların sayı

1. Yaşa görə pensiyaçılar - 750 000 (pensiyaçıların 60%-i)

2. Əlilliyi görə pensiyaçılar - 380 000 (pensiyaçıların 30%-i)

3. ABİ-yə görə pensiyaçılar - 150 000 (pensiyaçıların 10%-i)

Pensiya məbləğləri:

1. Minimum pensiya məbləği - 200 manat

2. Orta pensiya məbləği - 300 manat

3. Maksimum pensiya məbləği - 18 208 manat

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə - 5.7% artım

2. 2018-ci il üzrə - 3% artım

3. 2019-cu il üzrə - 16.6% artım

Nazir müşaviri pensiyaya dair formalaşmış yanlış fikirləri də açıqlayıb: "Pensiya heç də həmişə tək qocalıqla əlaqəli olmur. Şəxs istənilən yaşda əlil olduqda və ailə üzvü vəfat etdikdə də pensiya əldə edə bilir. Pensiya heç də həmişə 200 manat olmur. Hazırda aylıq 18 208 manat pensiya alan şəxs var. Pensiya artımı heç də həmişə cüzi olmur. Son artım 16,6% təşkil edərək pensiyaları 33 - 2 400 manat aralığında artırıb".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlham Əliyevdən YENİ VACİB QƏRAR

İlham Əliyevdən YENİ VACİB QƏRAR

Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...

62209 Sosial 14:21 19 iyul 2018

Son xəbərlər