Azərbaycanda 15 dərəcə şaxta qeydə alınıb

Azərbaycanda 15 dərəcə şaxta qeydə alınıb
Sosial 114

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarına qar yağıb.

Ən çox yağıntı Xızının Altıağac qəsəbəsinə düşüb.

Burada qarın hündürlüyü 32 sm-ə çatıb. Şabranda 2 sm, Xaçmaz 1 sm, Qubanın rayon mərkəzində isə 3 sm hündürlüyündə qar qeydə alınıb.

Qubanın Qrız kəndində 16 sm, Xaltanda 27 sm qar yağıb.

Ən aşağı temperatur isə Qubanın Qrız kəndində olub.

Burada havanın temperaturu mənfi 15 dərəcəyəyə enib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər