Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Hazırda Azərbaycanda orqan və toxuma transplantasiyası üçün gözləmə siyahısında ümumilikdə 1400-dən çox şəxs var.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onlardan 600-ə yaxını sümük iliyi, 520-dən çoxu böyrək, 250-yə yaxını qaraciyər, 50-yə yaxını ürək, 50-dən çoxu isə buynuz qişa transplantasiyası üçün gözləmə siyahısındadır:
"Yaş bölgüsünə görə, sümük iliyi transplantasiyası gözləyənlər arasında uşaqlar üstünlük təşkil edir. Digər orqan transplantasiyaları üzrə gözləmə siyahısında isə əsasən böyüklər yer alır".
Oxşar xəbərlər
Kaşif Kozinoğlunun ölümü ilə bağlı yeni detallar açıqlandı
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 12 noyabr 2011-ci ildə həbsxanada baş verən şübhəli ölümü ilə əlaqədar aparılan...