Azərbaycanda 100 meqabitlik internet zəifdir? - RƏSMİ CAVAB
Ünvanlara görə internetin sürəti fərqli ola bilir. Burada problem lokal səviyyədə gedir.
BAKU.WS xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov jurnalistlərə açıqlamasında bildirib.
"Bu gün əksər modemlər 100 meqabit sürəti ala bilmir. Wi-fi modeminin güzgü və ya pəncərə qarşınına, otağın mərkəzinə qoyulması onun sürətinə təsir edə bilir. Misal üçün, modeni elektrik cihazına yanına qoyduqda o işləməyəcək",- deyə o qeyd edib.
Həmçinin N. Mərdanov vurğulayıb ki, 3 il əvvəllə müqayisədə 65,4 % çoxdur. Son 3 ildə genişzolaqlı internet istifadəçilərin sayının 800 mindən çox artması, internet provayderlərinin sayının isə 170-ə çatması bu sahədə maneələrin olmadığını göstərir.
Oxşar xəbərlər
Qırmızı Bazar sakini: Çox gözəl havası var, qan təzyiqim də yoxa çıxıb
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçürülən sakin Yavər Qurbanov yeni yaşayış şəraiti ilə bağlı təəssüratlarını "Baku TV" ilə bölüşüb. BAKU.WS xəbər v...