Azərbaycana yeni peyvənd gətiriləcək? - Nazir müavini AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Hələ ki, Azərbaycanda dörd növ vaksin istifadə olunur və bu da kifayətdir.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında Azərbaycana yeni vaksin gətirilməsi ilə bağlı suala cavab verərkən deyib.
O qeyd edib ki, əhali üçün kifayət qədər növdə vaksin təqdim edilib: "Hesab edirəm ki, hələlik Azərbaycana yeni peyvəndin gətirilmnəsinə ehtiyac yoxdur".
Qeyd edək ki, hazırda Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunur. Bunların hər biri keyfiyyətinə görə dünyanın ən öncül təsdiqlənmiş vaksinlərindən hesab olunur.
Oxşar xəbərlər
Peyvənd seçimi ilə bağlı vətəndaşlara MÜRACİƏT
Azərbaycanda istənilən vətəndaş ölkədə istifadə edilən 4 peyvənddən birini könüllü seçə bilər. BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və...