Azərbaycana leysan yağıb - FAKTİKİ HAVA

Ölkə ərazisində faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, iyulun 14-ü səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağışın miqdarı Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollarda 45, Gədəbəydə 35, Daşkəsəndə 16, Göygöldə 13, Xınalıqda 10, Qrızda 6, Balakən, Ordubadda 4, Şahdağ, Ağdərə (Ordubad), Sədərəkdə 2, Tərtər, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Naxçıvanda 1 mm-dək olub. Yağan leysan xarakterli yağış nəticəsində Yuxarı-Ağcakənd ərazisində Gorançaydan, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollardan, Gədəbəy rayonu Şəmkirçay-Qalakənddən, Şəmkir Mansırlıdan, Əsrikçay Ədrikçırdaxamdan, Qəbələ rayonu Vəndam çayından sel keçib.
Havanın temperaturu iqlim normasından 1.5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35, aran rayonlarında 33-37, dağlıq rayonlarda 25 dərəcəyədək, Naxçıvan MR-da 29-33 dərəcə isti olub.
Oxşar xəbərlər
Bu ay havanın temperaturu 40 dərəcəyədək yüksələcək
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüks...