Azərbaycana hibrid avtomobillərin idxalında ciddi ARTIM
Yeniliklərdən dərhal xəbərdar olun
Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ekoloji təmiz elektrik və hibrid avtomobilləri, onların istifadəsi üçün zəruri olan enerji doldurucularının idxalı və satışına edilən bir sıra maliyyə güzəştlərinin tətbiqi nəticəsində ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında artım olub.
ETSN-in Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov BAKU.WS-ə bildirib ki, 2022-ci ilin 8 ayı ərzində ölkə ərazisinə idxal olunan avtomobillərin 8 201 ədədini, yəni təxminən 18 faizini hibrid nəqliyyat vasitələri təşkil edib.
“Bu il ərzində idxal olunan hibrid nəqliyyat vasitələri ötən il ilə müqayisədə 958 ədəd (13 faiz) çox olub. Elektrik mühərrikli nəqliyyat vasitələri isə 215 ədəd, yəni 2021-ci il ilə müqayisədə təxminən 4,5 dəfə çox idxal olunub".
Nazirlik rəsmisi onu da qeyd edib ki, bu il yanvar ayının 1-dən etibarən elektrik mühərriki ilə işləyən avtomobillər və istehsal tarixi 3 ildən çox olmayan, mühərrik həcmi kiçik olan hibrid avtomobilləri, həmçinin onların istifadəsi üçün enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib.
“Ekoloji təmiz nəqliyyat vasitələrindən, həmçinin ekoloji təmiz yanacaqdan istifadəni genişləndirmək istiqamətində görülən tədbirlər Azərbaycanda ətraf mühitə və xüsusilə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək”.
Oxşar xəbərlər
Kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - Şərtlər sadələşdiriləcək
Dünyada elektriklə işləyən avtomobillərin bazar payı 10 ildə 41 dəfə artaraq 8,3 faizə çatıb. Keçən il elektrikli avtomobil satışları rekord qıraraq, əvvəlki il...