Azərbaycana gətirilən baytarlıq vaksininin həcmi kəskin artıb: Əsas idxalçı ölkə Türkiyədir
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 17 milyon 677.05 min dollar dəyərində 127.56 ton baytarlıq vaksini gətirilib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 6.5 milyon dollar, miqdar baxımından 34 ton çoxdur.
Ötən ilin 10 ayı ərzində ölkəyə 93.18 ton baytarlıq vaksini gətirilmişdi ki, onun qiyməti 11 milyon 710.45 min dollar təşkil etmişdi.
Bu ilin 10 ayı ərzində Azərbaycan xaricə 867.42 min dollar dəyərində 0.61 ton baytarlıq vaksini satıb. Vaksin ixrac olunan əsas ölkə Belarus olub. Bu ölkəyə 857 min dollar dəyərində vaksin satılıb. Qazaxıstana isə 10.38 min dollar vaksin göndərilib.
Hesabat dövrü ərzində Azərbaycanın baytarlıq vaksini aldığı əsas ölkə Türkiyə olub. Belə ki, 75.5 ton vaksinə görə Türkiyəyə 7 milyon 56.3 min dollar ödənilib. Macarıstandan 3 milyon 876.68 min dollar dəyərində 6.53 ton vaksin alınıb. İsraildən alınan 6.95 ton vaksinə görə isə 474.43 min dollar ödənilib. ABŞ-dən alınan 1.7 ton vaksinə görə 1 milyon 45.91 min dollar verilib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü v...