Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə – xüsusilə "TikTok" platformasında yayılan bir video izləyicilərin böyük marağına səbəb olub.
BAKU.WS-in məlumatına görə, kadrlarda iri bloklar şəklində kəsilmiş mal əti nümayiş etdirilir və ətin kiloqramı cəmi 13 manat 50 qəpikə təklif olunur.
Məlumata görə, bu ətlər Ukraynadan gətirilir və yerli bazarda satılmaq üçün nəzərdə tutulub. Ətin zahirən təmiz və keyfiyyətli görünməsi diqqət çəkir, lakin qiymətin bazar dəyərindən xeyli aşağı olması sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə yol açıb.
Qeyd edək ki, hazırda ölkəmizdə:
Yerli quzu ətinin qiyməti: 20–22 manat,
Sümüklü mal əti: 15.50–16 manat,
Sümüksüz mal əti isə 17–18 manatdan başlayır.
Oxşar xəbərlər
Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici...