Azərbaycana bu il 331 mln. dollardan çox əczaçılıq məhsulları idxal edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 331,175 mln. ABŞ dolları dəyərində 20 633,47 ton əczaçılıq məhsulları idxal edilib.
BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin on bir ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 26%, həcmi isə 42,1% artıb.
Təkcə noyabr ayı ərzində ölkəyə 26,543 mln. dollar dəyərində 1 883,9 ton sözügedən məhsullardan idxal edilib ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 20,8% azdır, həcm ifadəsində isə 3,9% çoxdur.
Oxşar xəbərlər
SOCAR ötən ay Ukraynaya idxal etdiyi aviasiya yanacağının həcmini açıqladı
Bu ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti dəniz yolu ilə Qara dənizdə yerləşən Çernomors...