Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altında qalmış uşağın meyitini çıxarıblar

07
fev
2023
18:01
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə köməyə yollanmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində dağıntılar altında qalmış uşağın (qız) meyitini çıxarıb.
Report-un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış 7-8 yaşlı qızın meyitini aşkarlayaraq çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycan xilasediciləri Türkiyədə 3 nəfəri dağıntılar altından sağ çıxarıb - FOTO
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin...
