Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.
BAKU.WS report-a istinadən xəbər verir ki, İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.
Evakuasiya prosesi davam edir.
***08:38
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.
Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.
Qalereya
Oxşar xəbərlər
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir?
Bakıda M6 avtobusunu gözləyən sərnişinlər çətinlik çəkir: Dayanacaqda M4-lər yığılır Bakıda "Koroğlu" metrostansiyasından "Elmlər Akademiyası" metrostansiyası i...