Azərbaycan xalqının qələbə sevinci - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan xalqı qələbə sevinci ilə küçələrə çıxır.
Bu barədə sosial şəbəkədə paylaşımlar edilir.
Uşaqdan böyüyə hər kəs qələbə şüarları ilə Azərbaycan Ordusuna dəstəyini ifadə edir.
Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutublar.
Lakin Azərbaycan Ordusu əks-hücuma keçərək, işğal altında olan bəzi əraziləri və yüksəklikləri işğaldan azad edib.
Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Aşağı Abdürrəhmanlı kəndləri, eləcə də Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...